Qida davranışın pozulmasına və oftalmoloji disfunksiyaya səbəb olan passiv siqaretin təsiri altında olan məktəblilərin antropometrik göstəricilərinin dəyişmə dərəcəsi

Babaev P.N. (1) , Mamedov F.F. (2) , Hajizade N.K. (3) , Musaev R.G. (4)
(1) Azərbaycan Tibb Universiteti , Azerbaijan
(2) , Azerbaijan
(3) , Azerbaijan
(4) , Azerbaijan

Annotasiya

Siqaret tüstüsü görmə sisteminə daxil olduqda, qan damarlarının kəskin daralmasına səbəb olur, qan axını pozur. Bu, yalnız böyük arteriyalara deyil, həm də gözün qan fəaliyyətini təmin edən ən kiçik qan damarlarına təsir göstərir. Bu, göz toxumalarına qidalanma və oksigen tədarükünü pozur, qızartı, yanma hissi, həddindən artıq göz yaşı və ya əksinə quru gözlərə səbəb olur. Qıcıqlanma müstəqil bir vəziyyət ola bilər və siqaretçəkməni tərgizən xalda, aradan qalxa bilər, lakin tütün tüstüsünə uzun müddət məruz qalma ilə qıcıqlanma və quruluq gözlərin mexaniki sürtülməsi nəticəsində daha ağır infeksiyalara səbəb ola bilər. Boy və çəki kimi antropometrik parametrlər, xüsusən də sistem xəstəliklərinin olması halında göz xəstəlikləri ilə əlaqələndirilə bilər. Məsələn, tez-tez artıq çəki ilə əlaqəli olan diabet və hipertoniya, diabetik retinopatiya və retinal damarların zədələnməsinə səbəb ola bilər. Piylənmə və qlaukoma bəzi formalarının inkişafı üçün, risk faktoru ola bilər. Yeniyetməlik dövründə siqareti tərgitmək bu xəstəliklərin qarşısını alan amillərdən biridir. Stress və ya depressiya səviyyəsi yüksək olan uşaqlar emosional çətinliklərin öhdəsindən gəlmək üçün yeməkdən istifadə edə bilərlər ki, bu da zamanla qida davranışının pozulmasına və inkişafına səbəb ola bilər. Fiziki və ya emosional zorakılıq kimi travmatik hadisələrin təsirini də qeyd etmək lazımdır ki, bu da nizamsız qidalanmaya, qida ilə patoloji əlaqə ilə xarakterizə olunan ciddi psixi sağlamlıq vəziyyətinə səbəb ola bilər.

##article.full_articles##

##article.generated_from_xml##

Biblioqrafik istinadlar

1. Polunin G.S., Polunina E.G. From "dry eye" to "tear film disease". Ophthalmology. 2012; 9(2):4–7.
2. Stapleton F, Alves M, Bunya V.Y, Jalbert I, Lekhanont K, Malet F, Na K.S, Schaumberg D, Uchino M, Vehof J, Viso E, Vitale S, Jones L. TFOS DEWS II Epidemiology Report. Ocul Surf. 2017 Jul;15(3):334–365. doi: 10.1016/j.jtos.2017.05.003.
3. Maychuk N.V, Malyshev I.S, Obraztsova M.R. Dry eye syndrome before keratorefractive surgery: incidence and pathogenetically oriented therapy. Clinical ophthalmology. 2023; 23(1): 14–20.
4. Klokova O. A., Damashauskas R. O., Geidenrikh M. S. Correction of the ocular surface condition in patients with dry eye
syndrome during preparation for keratorefractive surgery. Clinical ophthalmology. 2020; 20(4): 180–186.
5. Sakhnov S. N., Yanchenko S. V., Malyshev A. V., Kalantaevskaya Yu. A., Ismaylova R. A., Ekhieva E. M., Grishchenko M. V., Gorbunova I. V., Ozhug O. F., Klokova O. A. Epidemiology of dry eye syndrome in patients before refractive surgery. Ophthalmology. 2018;15(1):92–
101.
6. Astakhov S. Yu, Tkachenko N. V. Efficiency of trehalose in the treatment of dry eye syndrome after phacoemulsification. Ophthalmological Journal. 2016;9(4):79–89.
7.Beckman K. When dry eye deceives: A patient referred for corneal collagen cross-linking is treated instead for ocular surface disease. Ophthalmology Management. 2017;21:34–46.
8.Dong J, Wu Q, Wang X.G. Measurement of central corneal thickness and pre-corneal tear film thickness of rabbits using the
Scheimpflug system. Int J Ophthalmol. 2013 Oct 18;6(5):584–587. doi: 10.3980/j.issn.2222-3959.2013.05.05
9.Siyahkamari M, Asharlous A, Mirzajani A, Koohian H, Jafarzadepour E, Ostadimo ghaddam H, Babaei N, Yekta A, Khabazkhoob M. Effect of Dry Eye Disease on Central Corneal Thickness and Corneal Topometric Indices Measured by Scheimpflug Tomography. Acta Med Iran. 2023;60(12):777–781. doi: 10.18502/acta.v60i12.11831.
10.Kundu G, Shetty R, Khamar P, Gupta S, Mullick R, Ganesan VL, D’Souza S. Impact of tear optics on the repeatability of Pentacam AXL wave and iTrace in measuring anterior segment parameters and aberrations. Indian J Ophthalmol. 2022 Apr;70(4):1150–1157.

Müəlliflər

Babaev P.N.
Mamedov F.F.
Hajizade N.K.
Musaev R.G.
Babaev P.N., Mamedov F.F., Hajizade N.K., & Musaev R.G. (2025). Qida davranışın pozulmasına və oftalmoloji disfunksiyaya səbəb olan passiv siqaretin təsiri altında olan məktəblilərin antropometrik göstəricilərinin dəyişmə dərəcəsi. Azərbaycan Pediatriya Jurnalı, 1(2), 22–31. https://doi.org/10.28942/apj.v1i2.33

##plugins.themes.novelty.article.details##