6-11 YAŞLI TRANSFUZİYA ALAN BÖYÜK BETTA-TALASSEMİYALI UŞAQLARDA KALSİUM-FOSFOR VƏ DƏMİR MÜBADİLƏSİ ARASINDA QARŞILIQLI ƏLAQƏ
Annotasiya
Məqalədə 6-11 yaşlı transfuziya alan böyük b-talassemiyalı uşaqların qan serumunda kalsium-fosfor mübadiləsi göstəricilərinin səviyyəsinin dəmir mübadiləsi zülalları ilə qarşılıqlı əla qələrinin araşdırılmasını əks etdirən tədqiqat işi haqqında məlumat verilir. Tədqiqata 2019-2023-cü illərdə mütəmadi qan transfuziyası almış 6-11 yaşlı 30 uşağın, kontrol qrupuna isə 15 nəfər müvafiq yaşlı praktik sağlam uşağın analizlərinin nəticələri daxil edilmişdir. Tədqiqatın kontingentinə daxil olan bütün uşaqlarda qanın ümumi analizi parametrləri ilə yanaşı, qan serumunda dəmir, ferritin, kalsium, fosfor, D vitamini, ferroportin, hepsidin, fibroblastların böyümə faktoru-23 (FGF-23) səviyyələri tədqiq edilmiş və qruplararası müqayisə edilmişdir. Tədqiqatın nəticələri göstərmişdir ki, böyük b-talassemiya olan 6-11 yaşlı uşaqların transfuziya almalarına baxmayaraq qan serumunda dəmirin və ferritinin toplanmasına uyğun olaraq hepsidin (p<0,001) azalır, D vitamininin (p<0,001) çatışmazlığı fonunda isə FGF-23 (p<0,05) səviyyəsində isə artma müşahidə edilir. Tədqiq edilən göstəricilər arasında korrelyasiya əlaqələrinin araşdırılması nəticəsində aşkar olunmuşdur ki, qan serumunda FGF-23-ün səviyyəsinin artması kalsium-fosfor mübadiləsi ilə yanaşı dəmir mübadiləsinə də təsir göstərir. Əldə edilmiş nəticələr gələcəkdə böyük b-talassemiyanın diaqnostikasında və müalicə istiqamətlərinin düzgün seçilməsində əhəmiyyətli ola bilər
##article.full_articles##
Biblioqrafik istinadlar
2. Askerova T., Hasanzade N., Qafarov I. Evaluation of ferritin levels during iron overload in children with transfusion-dependent β-thalassemia // Azerbaijan Medical Journal, 2022, (1), 32–37. https://doi.org/10.34921/amj.2022.1.005
3. Panakhova M., Askerova H. Diagnostic value of liver elastography in children with β-thalassaemia // Azerbaijan Medical Journal, 2025, (3), 85–88. https://doi.org/10.34921/amj.2025.3.15
4. Asadov C., Aliyeva G. Beyond anemia: unraveling neutrophil defects and infection susceptibility in β-Thalassemia // Blood research, 2025, 60(1), 58. https://doi.org/10.1007/s44313-025-00108-
5. Lima F., Monier-Faugere M.C., Mawad H., David V., Malluche H.H. FGF-23 and sclerostin in serum and bone of CKD patients // Clinical nephrology, 2023, 99(5), 209–218. https://doi.org/10.5414/CN111111
6. Saad H.M., Abd Rahman A.A., Ab Ghani A.S., Taib,W.W., Ismail I., Johan M.F., Al-Wajeeh A.S., Al-Jamal, H.N. Activation of STAT and SMAD Signaling Induces Hepcidin Re-Expression as a Therapeutic Target for β-Thalassemia Patients // Biomedicines, 2022, 10(1), 189. https://doi.org/10.3390/biomedicines10010189
7. Jafri L., Jameel F.A., Moiz B., Sheikh A., Majid H., Nadeem S., Quddus R., Khan S., Khan Q.U., Habib K.A. Factors associated with phosphate homeostasis in children with beta-thalassemia major: An analytical cross sectional study from Pakistan // PLoS One. 2025,20(2):e0316566. doi: 10.1371/journal.pone.0316566.
8. Saki F., Salehifar A., Kassaee S.R., Omrani G.R. Association of vitamin D and FGF23 with serum ferritin in hypoparathyroid thalassemia: a case control study // BMC Nephrol. 2020, 21(1):482. doi: 10.1186/s12882-020-02101-3.
9. Li Z., Yao X., Zhang J., Yang J., Ni J., Wang Y. Exploring the bone marrow micro environment in thalassemia patients: potential therapeutic alternatives // Frontiers in immunology, 2024, 15, 1403458. https://doi.org/10.3389/fimmu.2024.1403458
Müəlliflər
Copyright (c) 2026 Azərbaycan Pediatriya Jurnalı

Bu iş mövcuddur Lisenziyalar Creative Commons «Attribution-NonCommercial-NoDerivatives» ("Attribution - Non-Commercial Use - No Derivatives") 4.0 Dünya Çapında .