REANİMASİYA VƏ İNTENSİV TERAPİYA ŞÖBƏSİNDƏ KRİTİK VƏZİYYƏTDƏ OLAN SİNDROMLU XƏSTƏLƏRİN KLİNİK XÜSUSİYYƏTLƏRİNİN TƏHLİLİ
Annotasiya
Tədqiqatın məqsədi: Reanimasiya və intensiv terapiya şöbəsində kritik vəziyyətdə olan sindromlu xəstələrin strukturunun və rastgəlmə tezliyinin, klinik-demoqrafik xüsusiyyətlərinin, reanimasiya şöbəsinə qəbul səbəblərinin, müalicə nəticələrinin və şöbədə qalma müddətinin təhlil edilməsi. Material və metod: Tədqiqat K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun reanimasiya və intensiv terapiya şöbəsində aparılmışdır. 2019–2022-ci illər ərzində müalicə almış, yaşı 1 yaşadək olan və anadangəlmə sindrom diaqnozu qoyulmuş kritik vəziyyətdəki xəstələr daxil edilmişdir. Tədqiqat dövründə anadangəlmə anomaliya diaqnozu ilə müalicə alan 1256 xəstə arasında sindrom patologiyası olan 125 xəstə təhlilə cəlb olunmuşdur. Klinik-demoqrafik göstəricilər, sindromun növü, diaqnozun qoyulma vaxtı və yeri, reanimasiya şöbəsinə qəbul səbəbləri, anomaliyaların tipi, müalicə nəticələri və qalma müddəti qiymətləndirilmişdir. Nəticələr: Tədqiqatda sindromik patologiyaların rastgəlmə tezliyi 9,9% təşkil etmişdir. Xəstələrin əksəriyyətində Daun sindrom müəyyən edilmişdir – 73 xəstə (58,4%). Daha az hallarda Pierre Robin sekvensi – 17 (13,6%), VACTERL assosiasiyası – 13 (10,4%) və digər sindrom formalar müşahidə olunmuşdur (p < 0,001). Xəstələrin 66,4%-i həyatın ilk 28 günü ərzində hospitalizasiya olunmuş, median qəbul yaşı 5 gün (1–61 gün) təşkil etmişdir. Xəstələrin 34,4%-i vaxtından əvvəl, 65,6%-i isə vaxtında doğulmuşdur. Sindrom diaqnozu 54,4% hallarda doğum evində, 45,6% hallarda isə reanimasiya şöbəsində qoyulmuşdur. Reanimasiyada qalma müddəti median 7 gün olmuş, xəstələrin 12,8%-i ölüm halı qeydə alınmışdır. Yekun: Kritik vəziyyətdə olan sindromlu xəstələr arasında Daun sindromu üstünlük təşkil etmiş və xəstələrin böyük hissəsi neonatal dövrdə ağır klinik vəziyyətlə reanimasiya şöbəsinə qəbul olunmuşdur. Sindrom patologiyaların erkən aşkarlanması, prenatal və postnatal diaqnostikanın təkmilləşdirilməsi, eləcə də intensiv terapiyanın vaxtında təşkili müalicə nəticələrinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət daşıyır.
##article.full_articles##
Biblioqrafik istinadlar
2. World Health Organization. International Statistical Classification of Diseases and Related Health Problems. 10th Revision: [Elektron resurs]. – Geneva: WHO. – URL: https://icd.who.int/browse10/2019/en
3. Pendina, A.A. Chromosomal Abnormalities in Miscarriages and Maternal Age: New Insights from the Study of 7118 Cases / A.A. Pendina, M.I. Krapivin, O.G. Chiryaeva [et al.] // Cells. – 2025. – 14 (1). – p. 8. – DOI: https://doi.org/10.3390/cells14010008
4. Springer, S. Outcome after Prenatal Diagnosis of Trisomy 13, 18, and 21 in Fetuses with Congenital Heart Disease / S. Springer, E. Karner, C. Worda [et al.] // Life. – 2022. – 12 (8). – p. 1223. – DOI: https://doi.org/10.3390/life12081223.
5. Tantaleán Da Fieno, J. Down syndrome and outcomes in critically ill pediatric patients / J. Tantaleán Da Fieno, R. León Paredes, P. Palomo Luck [et al.] // Frontiers in Pediatrics. – 2025. – 12. – p. 1483944. – DOI: https://doi.org/10.3389/fped.2024.1483944
6. Motegi, N. Causes of death in patients with Down syndrome in 2014–2016: A population study in Japan / N. Motegi, Y. Yamaoka, A. Moriichi [et al.] // American Journal of Medical Genetics. Part A. – 2022. – 188 (1). – p. 224–236. DOI:https://doi.org/10.1002/ajmg.a.62526
7. Marouane, A. Congenital anomalies and genetic disorders in neonates and infants: single-center observational cohort study / A. Marouane, R.A.C.M. Olde Keizer, G.W.J. Frederix [et al.] // European Journal of Pediatrics. – 2022. – 181 (1). – p. 359–367. – DOI: https://doi.org/10.1007/s00431-021-04213-w
8. MedlinePlus Genetics. Down syndrome: [Electronic resource] / National Library of Medicine. – Bethesda, 2025. – URL: https://medlineplus.gov/genetics/condition/down-syndrome/
Müəlliflər
Copyright (c) 2026 Azərbaycan Pediatriya Jurnalı

Bu iş mövcuddur Lisenziyalar Creative Commons «Attribution-NonCommercial-NoDerivatives» ("Attribution - Non-Commercial Use - No Derivatives") 4.0 Dünya Çapında .