BEYİN ŞİŞLƏRİNİN MÜALİCƏSİNDƏ MÜASİR RADİOTERAPEVTİK YANAŞMALARDA BOR NEYTRON TUTMA TERAPİYASI VƏ HƏDƏFLƏNMİŞ ALFA TERAPİYASININ ROLU: PEDİATRİK XƏSTƏLƏRİN İDARƏ OLUNMASI

Mehtiyeva A.Y. (1)
(1) Azərbaycan Tibb Universiteti , Azerbaijan

Annotasiya

Məqsəd: baş-beyin şişlərinin müasir radioterapevtik müalicəsində bor neytron tutma terapiyasının (BNCT) və hədəflənmiş alfa terapiyasının (TAT) rolunu qiymətləndirmək, xüsusilə yüksək dərəcəli qliomalar və pediatrik bədxassəli beyin şişləri kontekstində onların potensial klinik əhəmiyyətini təhlil etməkdir. Material və metodlar. Müqayisəli qiymətləndirmə üçün yüksək dərəcəli baş-beyin şişi olan 10 klinik hal nəzərdən keçirilmişdir. Təhlil zamanı şişin növü, WHO dərəcəsi, IDH statusu, Ki-67 indeksi, radioterapiyadan əvvəl proqnozlaşdırılan sağqalım, Azərbaycanda tətbiq olunan radioterapiyadan sonrakı sağqalım, həmçinin BNCT və TAT üzrə ədəbiyyat məlumatlarına əsaslanan müqayisəli sağqalım göstəriciləri qiymətləndirilmişdir. Uşaq yaş qrupuna aid 2 hal ayrıca təhlil edilmişdir, çünki pediatrik beyin şişləri bioloji xüsusiyyətlərinə, anatomik lokalizasiyasına və müalicə risklərinə görə xüsusi yanaşma tələb edir. Nəticələr və müzakirə. Pediatrik altqrupa 2 uşaq daxil edilmişdir. Birinci hal 2016-cı il təvəllüdlü uşaqda diffuse yüksək dərəcəli qlioma, grade 4, GBM-like, IDH-wildtype şişi ilə bağlı olmuşdur. Ki-67 indeksi təxminən 30–50% təşkil etmişdir. Radioterapiyadan əvvəl gözlənilən sağqalım 3–6 ay kimi qiymətləndirilmişdir. Pediatrik protokola uyğun fokal radioterapiya və mümkün temozolomid tətbiqindən sonra sağqalım 9–15 ay olmuşdur. BNCT üçün potensial sağqalım 15–18 ay, TAT üçün isə 12–15 ay kimi qiymətləndirilmişdir. İkinci pediatrik hal 2010-cu il təvəllüdlü uşaqda glioblastoma grade 4, IDH-wildtype, Ki-67 təxminən 35–45% olan şişlə bağlı olmuşdur. Müalicədən əvvəl gözlənilən sağqalım 3–6 ay təşkil etmişdir. Uyğunlaşdırılmış radioterapiya və temozolomid tətbiqindən sonra sağqalım 12–18 ay olmuşdur. BNCT üçün nəticələr 12–18 ay olmaqla standart müalicə ilə müqayisə edilə bilən səviyyədə olmuş, TAT üçün isə potensial sağqalım 16–18 ay kimi qiymətləndirilmişdir. Yekun. BNCT və TAT bədxassəli baş-beyin şişlərinin müalicəsində perspektivli innovativ radioterapevtik yanaşmalardır. Pediatrik halların təhlili göstərir ki, aqressiv beyin şişləri olan uşaqlarda müalicə taktikası fərdi şəkildə planlaşdırılmalı, multidissiplinar komanda tərəfindən qiymətləndirilməli və həm sağqalımın artırılması, həm də neyrotoksikliyin azaldılması əsas məqsəd kimi qəbul edilməlidir.

##article.full_articles##

##article.generated_from_xml##

Biblioqrafik istinadlar

1. Delaidelli A, Moiraghi A. Recent Advances in the Diagnosis and Treatment of Brain Tumors. Brain Sci. 2024 Feb 28;14(3):224. doi: 10.3390/brainsci14030224. PMID: 38539613; PMCID: PMC10968866.
2.Mezzacappa FM, Thorell W. Neuronal Brain Tumors. [Updated 2022 Nov 21]. In: StatPearls [Internet]. Treasure Island (FL): StatPearls Publishing; 2026 Jan-. Available from:https://www.ncbi.nlm.nih.gov/books/NBK576406/
3. Zheng D, Han G, Lemus ODM, Podgorsak A, Webster M, Li F, Zhou Y, Jung H, Yoon J. Boron Neutron Capture Therapy: A Technology-Driven Renaissance. Cancers (Basel). 2026 Feb 3;18(3):498. doi: 10.3390/cancers18030498. PMID: 41681970; PMCID: PMC12896740.
4.Zhou T., Igawa K., Kasai T., Sadahira T., Wang W., Watanabe T., Bekku K., Katayama S., Iwata T., Hanafusa T., et al. The current status and novel advances of boron neutron capture therapy clinical trials. Am. J. Cancer Res. 2024;14:429–447. doi: 10.62347/HBBE6868.
5.Porra L., Wendland L., Seppälä T., Koivunoro H., Revitzer H., Tervonen J., Kankaanranta L., Anttonen A., Tenhunen M., Joensuu H. From Nuclear Reactor-Based to Proton Accelerator-Based Therapy: The Finnish Boron Neutron Capture Therapy Experience. Cancer Biother. Radiopharm. 2023;38:184–191. doi: 10.1089/cbr.2022.0059.
6.Cartelli D., Capoulat M., Baldo M., Sandín J.S., Igarzabal M., del Grosso M., Valda A., Canepa N., Gun M., Minsky D., et al. Status of low-energy accelerator-based BNCT worldwide and in Argentina. Appl. Radiat. Isot. 2020;166:109315. doi: 10.1016/j.apradiso.2020.109315.
7.Huang WH, Huang TY, Lin CM, Mu PF, Lee YY, Liu SH, Hsu SM, Chen YW. Salvage boron neutron capture therapy for pediatric patients with recurrent diffuse midline glioma. Childs Nerv Syst. 2023 Jun;39(6):1529-1536. doi: 10.1007/s00381-023-05850-2. Epub 2023 Feb 23. PMID: 36821007.
8.Pollack I.F., Agnihotri S., Broniscer A. Childhood brain tumors: Current management, biological insights, and future directions. J. Neurosurg. Pediatr. 2019;23:261–273. doi: 10.3171/2018.10.PEDS18377
9.Soleman, J., Dvir, R., Ben-Sira, L. et al. MRI-based diagnosis and treatment of pediatric brain tumors: is tissue sample always needed?. Childs Nerv Syst 37, 1449–1459 (2021). https://doi.org/10.1007/s00381-021-05148-1
10. Lutz K, Jünger ST, Messing-Jünger M. Essential Management of Pediatric Brain Tumors. Children (Basel). 2022 Apr 2;9(4):498. doi: 10.3390/children9040498. PMID: 35455542; PMCID: PMC9031600.
11. Li X, Liu Z, Liu K, Wang C, Liu Z, Xu X. Advances in Clinical Trials of Boron Neutron Capture Therapy. Research (Wash D C). 2026 Jan 8;9:0988. doi: 10.34133/research.0988. PMID: 41522606; PMCID: PMC12779892.
12. Kunikowska J, Morgenstern A, Pełka K, Bruchertseifer F, Królicki L. Targeted alpha therapy for glioblastoma. Front Med (Lausanne). 2022 Dec 16;9:1085245. doi: 10.3389/fmed.2022.1085245. PMID: 36590948; PMCID: PMC9800503.

Müəlliflər

Mehtiyeva A.Y.
x.eyvazova@mail.ru (##journal.primary_contact##)
Mehtiyeva A.Y. (2026). BEYİN ŞİŞLƏRİNİN MÜALİCƏSİNDƏ MÜASİR RADİOTERAPEVTİK YANAŞMALARDA BOR NEYTRON TUTMA TERAPİYASI VƏ HƏDƏFLƏNMİŞ ALFA TERAPİYASININ ROLU: PEDİATRİK XƏSTƏLƏRİN İDARƏ OLUNMASI. Azərbaycan Pediatriya Jurnalı, 6(1), 78–86. https://doi.org/10.28942/apj.v6i1.47

##plugins.themes.novelty.article.details##